Reklam resmi
Reklam resmi

Pakistanda terror: ölənlər var

Pakistanda terror: ölənlər var
Dünya

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlı şəxslər bir neçə avtobusdan sərnişinləri qaçırıb, daha sonra onlardan doqquzunu güllələyib.

Ajans.az xəbər verir ki, bu barədə sözügedən əyalət hökumətinin rəsmi nümayəndələri məlumat yayıb.

İnsident ötən axşam baş verib:

“Öldürülənlərin cəsədləri ertəsi gün dağlarda tapılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib”.

Qeyd edək ki, oxşar zorakılıq əvvəllər də Pakistan hakimiyyətinə qarşı çıxan bəluc separatçı yaraqlıları tərəfindən həyata keçirilib.

Mövzular:
Pakistan Terror

Digər Xəbərlər