Rusiyada zəlzələ
Altay Respublikasında 2,7 maqnitudalı zəlzələ qeydə alınıb
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Altay Respublikasında 2,7 maqnitudalı zəlzələ qeydə alınıb. Hadisəyə yerli Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti diqqət çəkib. Yeraltı təkanlar yerli vaxtla saat 04:13-də (Moskva vaxtı ilə 00:13) Ust-Koksinski rayonda qeydə alınıb. Zəlzələnin episentri Talda kəndindən şimal-şərqə doğru 10 kilometr məsafədə yerləşib. “50 kilometrlik əraziyə Ust-Koksinski, Ust-Kan və Ongudayski rayonlarının 24 yaşayış məntəqəsi daxildir,” — deyə mətbuat xidməti məlumat verib. Nazirlik həmçinin qeyd edib ki, yerli sakinlər yeraltı təkanları hiss etməyib.
İyulun əvvəlində məlum olub ki, İstanbulda 4,2 maqnitudalı zəlzələ baş verib. Yerli "Türkiye" qəzeti yazıb ki, zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.