Reklam resmi
Reklam resmi

Ərdoğan Numan Kurtulmuş ilə görüşdü

Ərdoğan  Numan Kurtulmuş ilə görüşdü
Dünya

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisi Sədri Numan Kurtulmuş ilə Məclisdə görüşdü.

Ajans.az haberglobal-a istinadən xəbər verir ki, Prezident Ərdoğan, TBMM-də partiyasının qrup toplantısından sonra Türkiyə Böyük Millət Məclisi Sədri Numan Kurtulmuş ilə görüşdü. Kurtulmuş görüşə dair sosial media hesabında paylaşımında belə yazdı:
“Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğanı TBMM-də qəbul etməkdən böyük məmnunluq duydum. Hörmətli Prezidentimizin, milli iradənin təcəssümü olan Qazi Məclisimizin işlərinə verdiyi güclü dəstək bizim üçün böyük bir güc mənbəyidir. Hörmətli dövlət xadimimizə yeni dövrdə seçilməyim münasibətilə uğurlar arzuladığı üçün təşəkkürlərimi bildirirəm.”

Mövzular:
Ərdoğan Sədri Kurtulmuş TBMM

Digər Xəbərlər