Tayvan hərbi təlimlər keçirir
Tayvan Çinin işğal ssenariləri səbəbiylə genişmiqyaslı hərbi təlimlər keçirir.
Ajans.az aljazeera-a istinadən xəbər verir ki, illik 10 günlük Han Kuang təlimləri Tayvanın Çin hücumuna qarşı öz komanda strukturunu müdafiə etmək qabiliyyətini sınaqdan keçirəcək. Tayvan illik hərbi təlimlərinin ən genişmiqyaslı versiyasını başladıb. Təlimlərdə Pekinin adaya hücumundan əvvəl onun rabitə sistemlərinə hipotetik hücuma cavab reaksiyaları rol oyunu şəklində həyata keçirilir.
10 gün davam edən canlı atışlı Han Kuang təlimləri çərşənbə günü başlayıb. Bu, Çin hərbi nümayəndəsinin Tayvanla "qaçılmaz birləşmə" barədə xəbərdarlığından bir gün sonra baş tutub. İllik təlimlər Çin tərəfindən artan təzyiqlərin fonunda keçirilir. Dünyanın diqqəti isə hazırda İsrailin Qəzzaya qarşı müharibəsinə, ABŞ-İsrail-İran son qarşıdurmasına və Rusiya-Ukrayna münaqişəsinə yönəlmiş vəziyyətdədir.