Bmt-dən kəskin tənqid
BMT-nin nümayəndəsi Albanese, Netanyahunun ABŞ səfəri üçün hava məkanını açan dövlətləri tənqid edib.
Ajans.az aljazeera.com-a istinadən xəbər verir ki, işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə BMT-nin xüsusi məruzəçisi Francesca Albanese, İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri zamanı hava məkanlarından keçməsinə icazə verən ölkələri tənqid edib. O, bu ölkələrin beynəlxalq hüquq öhdəliklərini pozmuş ola biləcəyini bildirib.
Çərşənbə günü açıqlama verən Albanese, İtaliya, Fransa və Yunanıstan hökumətlərindən Netanyahunun hava məkanlarından keçidinə necə icazə verdiklərini açıqlamağı tələb edib. O qeyd edib ki, bu ölkələr Netanyahuya təhlükəsiz keçid təmin etməməli, əksinə, onu həbs etməyə borclu idilər. Netanyahunun bazar günü ABŞ Prezidenti Donald Trampla görüş üçün bu ölkələrin hava məkanından keçdiyi bildirilir.