Rostex radar hazırlayıb
"Rostex" "toxunulmaz" dronları aşkarlamaq üçün radar hazırlayıb.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, "Rostex" dövlət korporasiyasının "Rosel" holdinqi, optik-lif üzərində dronları aşkar edə bilən üçkoordinatlı passiv koherent lokator (3D PKL) hazırlayıb. Bu barədə dövlət korporasiyasından məlumat verilib.
Qeyd olunur ki, bu radar aşağı görünürlüklü obyektləri, o cümlədən radioelektron mübarizə vasitələri üçün "toxunulmaz" sayılan, kabel üzərindən idarə olunan dronları aşkar etmək üçün nəzərdə tutulub. Belə cihazlar radiokanal istifadə etmədiyi üçün onların aşkarlanması çətindir və siqnalı bloklamaq mümkün deyil. Eyni zamanda, radar özü heç bir siqnal yaymır.
“Bu xüsusiyyət radar qurğusunu radio-kəşfiyyat üçün görünməz edir, bu da cihazın və onun operatorunun aşkar olunmasından qorunmasını təmin edir. Qurğu hədəfdən əks olunan siqnalları qeydə alır, lakin bu siqnallar öz ötürücüləri tərəfindən deyil, xarici mənbələr – radio və televiziya ötürücü stansiyaları tərəfindən yayılır,” – deyə məlumatda bildirilir.