Ermənistanda partlayış BAŞ VERDİ
Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə erməni mediasında paylaşım edilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Zərərçəkənlərin sağlamlıq durumu ilə bağlı daha sonra məlumat veriləcək.
Mövzular: