Estoniyada robot təqdim edildi
Estoniyada tank əleyhinə raketlərlə təchiz olunmuş robot təqdim edilib.
Ajans.az lenta ru-ya Estoniyalı Milrem Robotics şirkəti yeni tank əleyhinə raket kompleksi (PTRK) Akeron LP ilə təchiz olunmuş Type-X robot platformasını təqdim edib. Bu barədə Strateji və Texnologiyalar Analiz Mərkəzi Telegramda məlumat yayıb.
Zəncirli maşın səkkiz raket konteyneri daşıyır və hədəfi səkkiz kilometrədək məsafədən vurmaq qabiliyyətinə malikdir. “At və unut” prinsipi ilə işləyən PTRK bağlanmış mövqelərdən atəş aça bilir. Həmçinin, Type-X RFHunter radio texniki kəşfiyyat stansiyası ilə təchiz olunub ki, bu da hədəfləri tapmağa imkan verir.
Qeyd olunur ki, Akeron PTRK ailəsinin inteqrasiyası Avropa layihəsi olan Modular Architecture Solution for EU States (MARSEUS) çərçivəsində həyata keçirilib.
Type-X platformasının baza versiyası 12,5 ton ağırlığındadır. Maşın 5 tona qədər faydalı yük daşıya bilir və avtomagistralda saatda 80 kilometr sürətə çata bilər.
Apreldə məlum olub ki, Volsk Hərbi Təchizat İnstitutunun mütəxəssisləri 500 kiloqram yük qaldırma qabiliyyətinə malik “Volçanin” adlı yerüstü logistika dronu hazırlayıblar.