Daha çox inandığım mənim həyat yoldaşımdı - Namiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşından danışdı.
Ajans.az xəbər verir ki, müğənni Namiq Qaraçuxurlu ATV telekanalında qonaq olduğu "Afaqla ONLARLA" verilişində ilk dəfə olaraq həyat yoldaşından danışıb. Verilişdə müğənninin stilisti haqqında ünvanlanan sualları cavablandırarkən həyat yoldaşından da bəhs edib. O bildirib ki, geyim seçimində həyat yoldaşının tərzinə daha çox güvənir.
Qeyd edək ki, N.Qaraçuxurlu heç vaxt xanımının adını və görüntüsünü paylaşmayıb. Onun bu nikahdan bir qız övladı var.
Bu gönderiyi Instagram'da gör
Mövzular: