Reklam resmi
Reklam resmi

“Yolumuzu kəsdilər, uşaqları məktəbə göndərə bilmirik!” – Lerikdə acınacaqlı VƏZİYYƏT-VİDEO

“Yolumuzu kəsdilər, uşaqları məktəbə göndərə bilmirik!” – Lerikdə acınacaqlı VƏZİYYƏT-VİDEO
Cəmiyyət

" Sürücülər bizi maşınlarına götürmürlər. Çünkü qonşumuz sürücüləri də söyür, təhqir edir".

Ajans.az xəbər verir ki, bu barədə Lerik rayon sakini Əliyeva Zərəfşan Xudi qızı tərəfindən saytımıza daxil olan şikayətdə bildirilib.

Şikayətçi şəxs bildirib ki, qonşusu onlara yoldan istifadə etməyə icazə vermir:

" Lerik rayonunun Zərdəbərə kəndində,  bələdiyyəyə məxsus torpaqda 1990-cı ildə yol çəkilib. Ancaq qonşumuz yoldan istifadə etməyə qoymur, bizi təhqir edir. Kəndin icra nümayəndəsi Tağıyev Şahverən Gülverdi oğluna da müraciət etdik. O da kömək edə bilməyəcəyini bildirdi". Şikayətçi şəxs qeyd edib ki, evdəki məktəbli uuşaqları məktəbə göndərə bilmirlər:

 " Videolarda görünür kişi daş götürür atır. Bizə gün verib işıq verməyən adam bu şəxsdir. Üstümüzə hücum çəkir. Videoları aidiyyəti qurumlara da göstərdik, ancaq bir tədbir görülmədi. Evimizdə iki uşaq var, onları məktəbə göndərə bilmirik. Bizə yol verilsin. Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyindən, nazir müavini Anar Əliyev 2022-ci ildə bizim rayona gəldi. Onun qəbulunda olduq və problemlə bağlı ondan kömək istədik. Anar Əliyev köməklik edəcəyini bildirdi".

Qeyd etdiyimiz kimi onlar mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət ediblər, hətta cavab olaraq məktub da gəlib. Amma bu işə görə, heç bir köməklik edilməyib. Həmçinin o əlavə edib ki, qonşusu icazəsiz onların həyətinə keçir və ağacları kəsir. Bütün həyəti videoya çəkib, TikTok-da paylaşır.

Şikayətçi şəxs nə qədər aidiyyəti qurumlara müraciət etsə də, heç bir köməklik edilmədiyini qeyd edib:

" Müraciət etdiyimiz icra strukturları dedi ki, biz sizə köməklik edə bilmərik. Bəs, hara müraciət edək? Get qonşu ilə yola get deyirlər bizə. Aidiyyəti qurumlar bizə kömək etsin! Günümüz əziyyətlə keçir. Kənd Sovetinin İcra Nümayəndəsinə də müraciət etdik, ancaq onlar da köməklik göstərmədi. İcra başçısının qəbulunda olmuşuq. O da kömək edə bilməyəcəyini dedi.  Belə şey olar?  Unumu, smentimi, kənd təsərrüfatı məhsullarımı eşşəklə gətirirəm". 

" Biz bu yola görə, çox əziyyət çəkirik. Sürücülər bizi maşınlarına götürmürlər. Çünkü qonşumuz sürücüləri də söyür, təhqir edir. Onlar da buna görə qorxur gəlmir. Bizim özümüzü də söyüb, təhqir edir",- deyə sonda şikayətçi şəxs qeyd edib. 

Mövzu ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə müraciət etdik. Ancaq onlar açıqlama verməkdən imtina etdilər.

author picture
Tərlan Əmrahova
Mövzular:
Lerik Şikayət Zərdəbərə kəndi Əmək və Əhali Sosial Müdafiə

Digər Xəbərlər