Reklam resmi
Reklam resmi

Dəhşətli meşə YANĞINI - bu ölkədə

Dəhşətli meşə YANĞINI - bu ölkədə
Dünya

İlkin ehtimala görə, Krım yarımadasının cənub sahilində Aluştada baş verən meşə yanğınının səbəbi yanğınla ehtiyatsız davranma olub.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və təbii sərvətlər naziri Olqa Şevtsova “Telegram” kanalında yayımladığı videoda məlumat verib.

Yanğın sahəsinin 30 faizi meşə ərazisidir. Helikopterlərin gecə saatlarında yanğını söndürməyəcəyi və saat 5:00-da işə davam edəcəyi dəqiqləşib.

Şevtsova gecənin "az-çox sakit" olacağına ümid etdiyini bildirib və yaxınlıqdakı Kastelin xüsusi mühafizə olunan təbiət ərazisinin hələ də zədələnmədiyini vurğulayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Krım Meşə Yanğın

Digər Xəbərlər