Britaniya İrandan bunu TƏLƏB ETDİ
Britaniyanın elm, innovasiya və texnologiya naziri Peter Kayl bildirib ki, Britaniya İranı İsraillə atəşkəsdən istifadə etməyə və beynəlxalq ictimaiyyətlə danışıqlara qayıtmağa çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“İndi əsas olan deeskalasiya dövrüdür. Mən İranı bu həqiqətən müstəsna fürsətdən istifadə etməyə və siyasi prosesə qayıtmağa çağırıram”, - Kayl deyib.
O, həmçinin İngiltərə və müttəfiqlərinin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayıb və əlavə edib ki, ölkə mütəmadi olaraq İrandan kiberhücumlara məruz qalır.
Bundan əvvəl Amerika lideri Donald Tramp sosial mediada İsrail və İranın 24 saatdan sonra “12 günlük müharibənin rəsmi sonu”na çevrilməli olan atəşkəsə razılaşdığını bildirmişdi.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: