Reklam resmi
Reklam resmi

Bəzi ölkə və şəhərlər hava məkanını BAĞLADI

Bəzi ölkə və şəhərlər hava məkanını BAĞLADI
Dünya

Qətər hökuməti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Qətər Dövlətinin vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq, səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətini müvəqqəti dayandırdığını elan edir. Bu, regionda baş verən hadisələrlə bağlı görülən qabaqlayıcı tədbirlər kompleksinin bir hissəsidir", - bəyanatda deyilir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və İraq da hava məkanlarını bağladıqlarını açıqlayıblar.

Mövzular:
hava liman bağlı Qətər Küveyt İraq Bəhreyn BƏƏ

Digər Xəbərlər