Reklam resmi
Reklam resmi

ABŞ terror təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

ABŞ terror təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ
Dünya

Milli Terrorla Mübarizə Məsləhət Sistemi ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra "yüksək təhlükə" barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. 

Sənəddə konkret təhdidlərdən bəhs edilmir, lakin iranpərəst fəalların ABŞ şəbəkələrinə aşağı səviyyəli kiberhücumlar ehtimalından bəhs edilir. Bülletendə həmçinin qeyd edilir ki, “davam edən İran-İsrail münaqişəsi ekstremistləri və nifrət cinayəti törədənləri hücumlar həyata keçirməyə sövq edə bilər”.

Milli Terrorla Mübarizə Sistemi həmçinin İran rəhbərliyinin ABŞ-yə qarşı cavab tədbirləri tələb edən dini fərman verəcəyi təqdirdə ekstremistlərin zorakılıq aktları törətmək üçün müstəqil səfərbər olma ehtimalı barədə xəbərdarlıq edib.

Bazar günü, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələr endirib. Əsas hədəflər üç nüvə obyekti idi - Fordo, İsfahan və Natanzda. Hücumda B-2 Spirit strateji bombardmançıları və bunker buster bombalarından istifadə edilib

Eyni zamanda, İran hesab edir ki, Fordo obyektindəki sentrifuqaların və yeraltı kaskad salonlarının əksəriyyəti zərbədən sonra zədələnməmiş qalıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ İran Terror Xəbərdarlıq

Digər Xəbərlər