Xameneinin müşavirindən Nüvə obyektləri ilə bağlı AÇIQLAMA
"Hətta nüvə obyektləri məhv edilsə belə, oyun bitmiş sayılmır – zənginləşdirilmiş materiallar, yerli bilik və siyasi iradə qalacaq."
Ajans.az xəbər verir ki, bu fikirləri İranın ali liderinin müşaviri Əli Şəmxaninin sözlərinə istinadən İran mediası yayıb. Qeyd edək ki, iyunun 13-də İsrailin iqamətgahına endirdiyi zərbə nəticəsində Şamxaninin ağır yaralandığı və Tehranda xəstəxanaya yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Daha sonra "IRIB" Əli Şamxaninin sağ olduğunu və vəziyyətinin stabil olduğunu açıqlayıb.
Mövzular: