Reklam resmi
Reklam resmi

Ərdoğan Almaniyaya XƏBƏRDARLIQ ETDİ

Ərdoğan Almaniyaya XƏBƏRDARLIQ ETDİ
Dünya

İsrail-İran müharibəsinin 8-ci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merzlə telefon danışığı aparıb.

Ajans.az xəbər verir ki, görüşdə bölgədəki gərgin vəziyyət, nüvə təhlükəsi və miqrasiya riski müzakirə olunub.

Ərdoğan İsrailin İrana hücumlarının regional təhlükəsizliyə ciddi təhdid yaratdığını və yaranan zorakılıq spiralının Avropaya da təsir edə biləcəyini bildirib. O, münaqişənin diplomatik yolla həllinə çağıraraq, Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.

Almaniya kansleri Merz isə İsrailə dəstək verərək, “Bu, hamımız üçün çirkin bir işdir” deyə bildirib.

Bu arada, İsrail Müdafiə Nazirliyi ABŞ və Almaniyadan hərbi təchizatla dolu 14 təyyarənin ölkəyə daxil olduğunu açıqlayıb.

İsrailin iyunun 13-də İranda həyata keçirdiyi hücumlarda yüksək rütbəli hərbçilər və 9 nüvə alimi daxil olmaqla 224 nəfər həlak olub. İranın cavab hücumlarında isə İsraildə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Münaqişə səkkiz gündür davam edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran İsrail Türkiyə Ərdoğan Almaniya

Digər Xəbərlər