Reklam resmi
Reklam resmi

Tramp İrana zərbə endirəcək?

Tramp İrana zərbə endirəcək?
Dünya

NATO-nun Avropadakı keçmiş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis ABŞ prezidenti Donald Trampın diplomatiyanın nəyə nail ola biləcəyini gözləməkdənsə, İrana zərbə endirmək ehtimalının daha yüksək olduğunu bildirib.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Hazırda deyərdim ki, Trampın İrana zərbə endirmək qərarına gəlməsi ehtimalı üçdə ikidir".

Ekspertin fikrincə, ABŞ Yaxın Şərqdə qüvvələr toplayır. O, həmçinin qeyd edib ki, Trampın ətrafı ona İrana zərbə endirməyi məsləhət görür.

Bundan əlavə, Stavridis vurğulayıb ki, Ağ Ev rəhbəri tez və sürətli zərbənin ABŞ-dəki tərəfdarları tərəfindən yaxşı qarşılanacağına inanır, baxmayaraq ki, onların bir çoxu Vaşinqtonun Yaxın Şərq münaqişələrində iştirakına qarşıdır.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Trampı aldatmaq cəhdində ittiham olunub. Qeyd olunur ki, İsrail hökumətinin başçısı ABŞ-ni İranla genişmiqyaslı müharibəyə məcbur etməyə cəhd edə bilər.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran İsrail Abş

Digər Xəbərlər