DƏHŞƏTLİ YANĞIN: 3 otaqlı ev yanaraq KÜL OLDU
İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Ajans.az "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb.
Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: