Reklam resmi
Reklam resmi

Kritik infrastruktur obyektləri ZƏDƏLƏNİB

Kritik infrastruktur obyektləri ZƏDƏLƏNİB
Dünya

Kiyevdə partlayışlar nəticəsində bir neçə mühüm infrastruktur obyekti zədələnib.

Ajans.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko öz Telegram kanalında məlumat verib.

O qeyd edib ki, paytaxtın müxtəlif ərazilərində 27 məntəqə atəşə tutulub. "Onların arasında yaşayış binaları, təhsil müəssisələri, mühüm infrastruktur obyektləri var", - Ukrayna departamentinin rəhbəri yazıb. Lakin nazir onların dəqiq sayını və digər təfərrüatları açıqlamayıb.

Bundan əvvəl, Kiyevin Julyanı hava limanında güclü partlayış səslərinin eşidildiyi və sonradan yanğınların olduğu bildirilmişdi . Patriot zenit-raket kompleksinin yerləşdiyi hava limanına əvvəlcə Geran pilotsuz təyyarələri, daha sonra Kinjal raketləri ilə zərbələr endirdiyi iddia edilib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Ukrayna Daxili İşlər Nazirliyi Kiyev

Digər Xəbərlər