Reklam resmi
Reklam resmi

Senatora sui-qəsd CƏHDİ

Senatora sui-qəsd CƏHDİ
Dünya

Kolumbiyanın paytaxtı Boqotada senatora və prezidentliyə potensial namizəd Migel Uribe Turbaya sui-qəsd cəhdi olub.

Ajans.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, o, güllə yarası alıb.

Hadisə onun seçiciləri ilə planlaşdırılmış seçkiqabağı görüşü zamanı baş verib. Tədbirdə ilkin ehtimala görə, üç dəfə atəş səsi eşidilib. Senator ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"El Tiempo" qəzeti yazır ki, atəş aşan şəxs 15 yaşlı yeniyetmə olub. Senatorun mühafizəçiləri tərəfindən yaralanan yeniyetmə hazırda xəstəxanadadır.

Mövzular:
Kolumbiya Boqota Snator Migel Uribe Turba

Digər Xəbərlər