Reklam resmi
Reklam resmi

NATO Trampdan QORXUR- SƏBƏB

NATO Trampdan QORXUR- SƏBƏB
Dünya

NATO rəsmiləri qorxurlar ki, Ukrayna prezidenti Vladimir Zelenskinin alyans sammitində iştirakı ABŞ prezidenti Donald Trampı qəzəbləndirə bilər.

Ajans.az xəbər verir ki, bu barədə REUTERS məlumat yayıb.

“NATO-nun bu ay Haaqada keçiriləcək sammitini təşkil edən rəsmilər onu qısa tutmağa, Ukrayna ilə bağlı müzakirələri məhdudlaşdırmağa və görüşləri elə strukturlaşdırmağa çalışırlar ki, Zelenski Trampı təxribat etmədən hansısa şəkildə iştirak edə bilsin”, – məqalədə deyilir.

Həmçinin qeyd edilir ki, sammit iştirakçıları Vaşinqtonun mənfi reaksiyasına səbəb olmaqdan qorxduqları üçün yekun bəyanatda Rusiyanın alyans üçün “təhdid” adlandırılacağını hələ də bilmirlər .

Daha əvvəl Tramp bildirib ki, həm Rusiya prezidenti Vladimir Putin , həm də Vladimir Zelenski çox inadkardırlar, lakin o, yenə də Rusiya və Ukrayna arasında hərbi əməliyyatların tezliklə bitməsini gözləyir.

author picture
Tərlan Əmrahova
Mövzular:
NATO Vladimir Zelenski Donald Tramp

Digər Xəbərlər