Tramp dünya liderlərindən rədd CAVABI ALDI
ABŞ prezidenti Donald Tramp cəmi iki gün ərzində dünya liderlərindən üç rədd cavabı alıb.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bütün bunlar Trampın seçki kampaniyası zamanı sövdələşmələr əldə etməyə çalışdığı, bunun üçün Rusiya, Çin və İran liderlərinə müraciət etdiyi zaman baş verib.
Nəşr qeyd edir ki, Tramp seçki bəyanatlarında Ukrayna münaqişəsinə dərhal son qoyacağına, Çin Xalq Respublikasının sədri Si Cinpinlə ticarət sazişinin imzalanmasına nail olacağına, həmçinin İranın nüvə proqramı ilə bağlı razılaşmanın bağlanacağına söz verib, lakin siyasətçi heç vaxt verdiyi vədləri yerinə yetirə bilməyib.
Bir gün əvvəl Tramp etiraf edib ki, o, həmişə Si Cinpini bəyənib, lakin Çin lideri, onun sözlərinə görə, “çox sərtdir” və bu, onunla müqavilə bağlamağı çətinləşdirir. Həmin gün Çindən gələn mallara böyük tariflər qüvvəyə minib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.