Reklam resmi
Reklam resmi

Boşanmaların sayı ona görə ARTIR Kİ... - İlahiyyatçı

Boşanmaların sayı ona görə ARTIR Kİ... - İlahiyyatçı
Cəmiyyət

Hazırda boşanmaların sayı artmaqdadır. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Lakin dində boşanmalara münasibət qanunvericilik ilə müqayisədə fərqlidir.

Heydər məscidinin imam müavini Rza Rzayev Ajans.az-a bildirib ki, ailə cəmiyyətin  səadət ocağıdır. Nə qədər möhkəm olsa , bir o qədər sağlam olar. Ona görə də ailə kiçik dövlət hesab olunur. 

İlahiyyatçı söyləyib ki, müasir gənclərin bəzilərində fədakarlıq duyğusu yoxdur. Bu da soyuqluğa səbəb olur. İnsan haqlı olduğu halda belə, susursa bu fədakarlığa bir nümunədir. Ailə ərəbcədən tərcümədə bir mənası da “ehtiyacı olan” deməkdir. 

Onun fikirlərinə əsasən ehtiyac dedikdə, ailədəki mənəvi ehtiyaclardan söhbət gedir. Bunlara güvən, etimad, qarşılıqlı hörmət aiddir. Hazırda bəzi gənclər mənəvi deyil, maddi dəyərlər üzərində ailə həyatı qurduqları üçün sonu ayrılıq ilə bitir. Maddiyyata görə qurulan ailənin sonu xoş bitə bilməz. 

“Ailə müqəddəsdir. Bir ailənin maddi durumu aşağı ola bilər. Amma orada qadın və kişi hüzurlu deyilsə, kişi evə tələsmirsə, qadın onu xoş  və səbrsizliklə qarşılamırsa burada ailə dəyərlərindən söhbət gedə bilməz. Lakin indi bu ailə dəyərlərindən söhbət gedə bilməz.”-deyə, o bildirib. 

Rza Rzayev söyləyib ki, müasir gənclər arasında olan problemlərdən biri də dinləmə qabiliyyətinin olmaması, məsuliyyəti dərk etməməmələri sayılır. Bütün dinlərdə boşanma qəbul edilmir. Xüsusilə də səbəbi olmayan boşanmalar dində günah sayılır. İki insan arasında anlaşılmayan məsələlər olarsa, onların hörməti pozmadan ayrılmaları yanlış sayılmaz. Amma xəyanət, yalan və başqa xoşagəlməz hallarda ailəyə son qoymaq olar. 

Hədislərdə buyurulub ki, “ Səbəbsiz boşanmalar Allahın ərşini titrədər”. Gənclərə tövsiyə edilir ki, qarşılıqlı hörmət və əzmi nümayiş etdirsinlər. Həzrəti Mövlananın dediyi kimi, “gözəl baxmaq lazımdır ki, gözəl görəsən.”

author picture
Zərif Sofiyeva
Mövzular:
Boşanmalar Dində mövqe İlahiyyatçı

Digər Xəbərlər