Reklam resmi
Reklam resmi

ABŞ İranla "BARIŞIR"?

ABŞ İranla \"BARIŞIR\"?
Dünya

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqi səylərini dayandırmağı əmr edib.

Ajans.az xəbər verir ki, bu barədə “Wall Street Journal (WSJ)” mənbələrə istinadən məlumat yayıb.

“Keçən həftə Ağ Evin mətbuat katibi Caroline Levitt İrana qarşı bütün yeni sanksiyaların dayandırılması barədə göstəriş verib”, - bəyanatda deyilir.

Nəşrin vəziyyəti şərh etməsi xahişi ilə Levittin müavini Anna Kelli deyib ki, “sanksiya ilə bağlı istənilən yeni qərarı Ağ Ev və ya administrasiyanın müvafiq strukturları elan edəcək”.

Mayın 23-də Romada ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı üzrə dolayı danışıqların beşinci raundu keçirilib. İran tərəfini ölkənin xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ İran Sanksiya Dayandırıldı

Digər Xəbərlər