Lukaşenko Çinə getdi
Belarus prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşməyi planlaşdırdığı Pekinə uçub.
Ajans.az xəbər verir ki, bu barədə “Pool of the First” “Telegram” kanalı məlumat yayıb.
Dövlət başçıları təkbətək söhbət edəcək, daha sonra qeyri-rəsmi şəraitdə Belarus-Çin münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcəklər. Qeyd edilir ki, beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
Bundan başqa, Belarus liderinin dövlət səfəri çərçivəsində bir sıra digər danışıqlar və görüşlər də nəzərdə tutulub.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: