Reklam resmi
Reklam resmi

Kremldən Trampa CAVAB

Kremldən Trampa CAVAB
Dünya

Rusiyanın da ABŞ kimi öz milli maraqları var.

Ajans.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı açıqlamalarını belə şərh edib.

“Düzünü desəm, müvafiq bəyanatı şərh etməzdim, çünki aydındır ki, xeyli səy göstərən Amerika tərəfi və şəxsən prezident Tramp Ukrayna münaqişəsinin tezliklə həllini istəyir. Biz şəxsən prezident Trampın vasitəçilik səylərinə görə minnətdarıq", - Rusiya liderinin mətbuat katibi qeyd edib.

Eyni zamanda, Peskov vurğulayıb ki, Moskvanın da Vaşinqton kimi “Putin və bütün Rusiya üçün hər şeydən üstün olan” öz milli maraqları var. O əlavə edib ki, Rusiya tərəfi Ukrayna nümayəndələri ilə danışıqların növbəti raunduna hazırlaşır, həmçinin böhranın həlli məsələsində ABŞ ilə əlaqələri davam etdirəcək.

Daha əvvəl Tramp demişdi ki, əgər o olmasaydı, Rusiyanın başına “çox pis şeylər” gələrdi. Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, Rusiya lideri guya “odla oynayır”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya ABŞ Peskov Maraqlar Peskov Kreml

Digər Xəbərlər