Lavrov onunla GÖRÜŞDÜ...
Mayın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının (CTBTO) Hazırlıq Komissiyasının icraçı katibi Robert Floyd ilə görüşüb.
"Ajans.az" xəbər verir ki, bu barədə Rusiyanın XİN-in rəsmi teleqram kanalında məlumat paylaşılıb. Rəsmilər CTBTO-ya hazırlıq komissiyası ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Rusiya tərəfi Müqaviləyə sadiqliyini, onun məqsəd və vəzifələrini, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə Müqavilənin universal alətə çevrilməsini davam etdirməyin zəruriliyini bir daha təsdiqlədi.
Rəsmilər əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinə dair qarşılıqlı öhdəliklərini vurğuladılar. Onlar Beynəlxalq Monitorinq Sisteminin Rusiya seqmentinin uğurla başa çatdığını qeyd ediblər. Bu, CTBT-nin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına ciddi maddi maddi töhfədir.
Mövzular: