Reklam resmi
Reklam resmi

Rusiyadan BMT-dən bunu TƏLƏB ETDİ

Rusiyadan BMT-dən bunu TƏLƏB ETDİ
Dünya

Rusiya Avropadan sülhə təhdidlərlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.

"Ajans.az" "Lenta.ru"a istinadən xəbər verir ki, Rusiya Ukraynadakı nizamlanmaya müdaxilə etməyə çalışan Avropa ölkələrinin hərəkətləri səbəbindən qlobal sülhə təhdidlərlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında yazıb:

"Kiyev rejiminin avropalı sponsorları Ukraynadakı humanitar vəziyyətlə bağlı mayın 29-da Nyu-York vaxtı ilə saat 15:00-da ( Moskva vaxtı ilə 22:00 ) görüşün keçirilməsini tələb ediblər. Biz də eyni cür cavab vermək qərarına gəldik və öz növbəsində, bir sıra Avropa dövlətlərinin Ukrayna böhranını həll etmək səylərini maneə törətmək cəhdləri nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə bağlı görüş tələb etdik".

Polyanskinin sözlərinə görə, Moskva görüşün mayın 30-na təyin ediləcəyini gözləyir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada nizamlanmanın mümkünsüzlüyü səbəbindən dünya nizamının pozulduğunu bildirən sözlərini şərh edib. Diplomat cavab verib ki, Qərb öz hərəkətləri ilə Ukraynada sülhü və onun ərazi bütövlüyünü pozub.

author picture
Ajans_az Muxbir
Mövzular:
RUSİYA UKRAYNA BMT AVROPA

Digər Xəbərlər