Qonşu ölkədə UFO AŞKAR EDİLDİ
"Rossiya Hava Yolları"nın pilotları Moskva ərazisində naməlum uçan obyekt (UFO) görüblər.
Ajans.az xəbər verir ki, bu barədə “Aviaincident” adlı “Telegram” kanalı məlumat yayıb.
Mayın 24-də Sankt-Peterburqdan Rusiya paytaxtına uçan təyyarədə fövqəladə hadisə baş verib. Sukhoi Superjet 100 Moskvadan 114 kilometr aralıda olanda ekipaj UFO gördüyünü bildirib.
Onun çoxbucaqlı formalı kiçik ağ rəngli obyekt olduğu dəqiqləşdirilib. O, təyyarənin uçuş səviyyəsindən 600-900 metr hündürlükdə yerləşirdi.
Lakin bu ərazidə hava məkanından istifadəyə icazə verilməyib. Hadisə ilə bağlı hava hücumundan müdafiə orqanları məlumatlandırılıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: