Rusiya təyyarəsində İNSİDENT
An-24 təyyarəsinin İrkutsk Kirensk hava limanında eniş edərkən ön şassisi dağılıb.
Ajans.az xəbər verir ki, nəticədə təyyarə uçuş-enmə zolağından çıxıb.
"Həlak olan və ya xəsarət alan yoxdur. Hadisənin səbəbləri araşdırılır. Sərnişinlər təxliyə edilib", - Şərqi Sibir Nəqliyyat Prokurorluğunun nümayəndələri bildiriblər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: