Trampın xüsusi nümayəndəsi Kit Kelloqdan AÇIQLAMA
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi reket hücumuna reaksiya verib.
Ajans.az xəbər verir ki, Kelloq bu barədə "X" hesabında yazıb. "Gecə saatlarında qadın və uşaqların öz evlərində qətlə yetirilməsi 1977-ci il Cenevrə Sülh Protokollarının açıq şəkildə pozulmasıdır. Bu hücumlar utancvericidir. Qətliamı dayandırın. Dərhal atəşkəs elan olunmalıdır", - Kelloq qeyd edib.
Mövzular: