Reklam resmi
Reklam resmi

Tanınmış "Yeşilçam" aktyoru öldü- Qıza SATAŞIBMIŞ

Tanınmış \"Yeşilçam\" aktyoru öldü- Qıza SATAŞIBMIŞ
Şou Biznes
437

"Yeşilçam" aktyoru Mehmet Serdar Sulukahyanı, sataşdığı üçün ayağından bıçaqlayıb öldürən tələbə qızın mühafizə kameralarındakı görüntüləri ortaya çıxıb. Qızın hadisədən sonra binadan ayrıldığı anlar kameralarda qeydə alınıb.

"Ajans.az" xəbər verir ki, Beşiktaşda universitet tələbəsi olan qadın tərəfindən bıçaqlanan "Yeşilçam" aktyoru Mehmet Serdar Sulukahya həyatını itirib.

Bir müddət əvvəl Hollandiyadan İstanbula gələn Sulukahya (63) mayın 21-dən 22-nə keçən gecə sosial şəbəkədə tanış olduğu universitet tələbəsi F.G.P (21)(ad şərtidir) ilə Mecidiye Məhəlləsindəki öz evində görüşüb.

Bir müddət sonra ikisi naməlum səbəbdən mübahisə edib. Davaya çevrilən mübahisədə F.G.P Sulukahyaya bıçaqla xəsarət yetirib, daha sonra evdən qaçıb. Hadisə səslərini eşidən qonşu Sulukahyanın ayağından yaralandığını gördüyünü bildirib. Ardından hadisə yerinə polis və tibb qrupları sövq edilib. Sağlamlıq qruplarının ilkin tibbi yardımdan sonra Sulukahya aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırma başlatan İstanbul Təhlükəsizlik Müdirliyi qrupları bölgədəki təhlükəsizlik kameralarını araşdırıb. Evdən qaçdığı təsbit edilən şübhəli polis qrupları tərəfindən Vişnezade Məhəlləsində tutulub.

Şübhəli F.G.P polisə verdiyi ifadəsində evində söhbət etmək üçün görüşdüyü Sulukahyanın ona təcavüz etdiyini və özünü qorumaq üçün əlindəki bıçaqla Sulukahyaya bıçaqla xəsarət yetirdiyini bildirib. Polis bölməsindəki prosedurlardan sonra F.G.P məhkəməyə sövq edildi.

Mövzular:
YEŞİLÇAM MEHMET SERDAR SULUKAHYA AKTYOR

Digər Xəbərlər