Tezliklə genişmiqyaslı məhbus mübadiləsi baş tutacaq - Tramp
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın əsirləri dəyişdirmək barədə razılığa gəldiyini iddia edib.
Ajans.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsinə dair razılıq indicə əldə olunub. Bu, tezliklə baş verəcək. Prosedurun başa çatması münasibətilə tərəfləri təbrik edirik. Bu, daha innovativ bir şeyə gətirib çıxara bilərmi?”, - Tramp yazıb.
Qeyd edək ki, hazırda Rusiya və Ukraynadan əldə olunan razılaşmanın rəsmi təsdiqi yoxdur. Qeyd edək ki, Rusiya və Ukrayna “mindən minə” düsturuna əsasən genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəliblər. Mübadilə mövzusu 2025-ci il mayın 16-da İstanbulda keçirilən danışıqlarda müzakirə olunub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Ukraynadan mübadilə üçün siyahı aldığını təsdiqləyib. Eyni zamanda, Moskva əvvəllər öz adlar siyahısını tərtib edərək, Ukrayna tərəfinə təhvil vermişdi.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.