İlon Mask onunla GÖRÜŞDÜ...
"Hegseth Musk ilə hərbi süni intellekt haqqında danışıb ",-Pentaqonun sözçüsü Parnell
"Ajans.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Sean Parnel bildirib. ABŞ-nin müdafiə naziri Pit Hegseth amerikalı milyarder İlon Maskla Pentaqonda süni intellektin (AI) istifadəsini müzakirə etmək üçün görüşüb.
"Nazir, Mask və X AI komandasının digər üzvləri ilə görüşdü. Müdafiə Nazirliyi ordunun 21-ci əsrin təhdidlərini aradan qaldıra bilməsini təmin etmək üçün süni intellekt sənayesinin liderləri ilə işləməyə sadiqdir", - deyə o bildirib.
Bundan əvvəl “Politico” jurnalı Maskın informasiya sahəsindən itdiyini, siyasi dairələrdə onun adı ilə çıxan nəşrlərin getdikcə azaldığını qeyd etmişdi. Qeyd olunur ki, "Truth Social" hesabında bir neçə gündən bir Maskın adını çəkən ABŞ prezidenti Donald Tramp bir aydan çoxdur ki, onun haqqında heç nə yazmayıb.