Sevginin GÜCÜ: Eyni gündə ÖLDÜLƏR
Braziliyada 74 il birlikdə yaşayan evli cütlük eyni gündə dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, bu barədə “Need to Know” nəşri məlumat yayıb.
Odileta Panzani de Haronun 92, əri Paskual de Haronun isə 94 yaşı var idi. Onlar gənclik illərində tanış olublar: qadının 15, kişinin 18 yaşı vardı. Cütlük 1951-ci ildə evlənib, sonra isə altı uşaq dünyaya gətiriblər. Odileta evə baxıb, Paskual isə parça mağazasında işləyib. Vaxt keçdikcə cütlük ehtiyacı olanlara paltar verən bir xeyriyyə təşkilatı yaradıb.
Son illərdə Odileta Alzheimer xəstəliyindən əziyyət çəkirdi və Pascual ona qulluq edirdi. 2023-cü ildə ona son mərhələdə bağırsaq xərçəngi diaqnozu qoyulub. Qohumları bildiriblər ki, bundan sonra Pascual həyat yoldaşı ilə birlikdə bu dünyanı tərk etməsi üçün dua edib. Və belə də olub: aprelin 17-də səhər Odileta ölüb və 10 saat sonra Pascual onun ardınca dünyasını dəyişib. Bu, evliliklərinin 74-cü ildönümündən iki gün sonra baş verib.
Cütlüyün kürəkəni Luciano Leal qeyd edib ki, onların sevgi hekayəsi film süjeti kimidir. O, əlavə edib ki, cütlük həmişə birlikdə ayrılmaq istədiklərindən danışıblar və geridə böyük bir ailə və əbədi yaşayacaq yaxşı bir miras qoyublar.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.