Reklam resmi
Reklam resmi

Bakının iki rayonuna bu tarixdən QAZIN VERİLMƏSİ DAYANDIRILACAQ

Bakının iki rayonuna bu tarixdən QAZIN VERİLMƏSİ DAYANDIRILACAQ
Cəmiyyət
481

Bakının iki rayonunda qaz olmayacaq.

Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq 20.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinin, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
Bakı qaz dayandırmaq Suraxanı Sabunçu

Digər Xəbərlər