Tramp Kamala Harrisi araşdıracaq
ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyasını məşhurlara “qanunsuz ödənişlər” etməkdə günahlandıraraq istintaqa çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Harris prezidentlik kampaniyası zamanı Brüs Sprinqstinə zəif çıxış etmək üçün nə qədər pul ödədi? Və əgər o, Kamalanın bu qədər fanatıdırsa, niyə onları qəbul etdi? Bəs Beyons? Bəs Opra və Bonoya nə qədər pul getdi? Mən bu məsələ ilə bağlı ciddi araşdırma aparmağa çağıracağam. BU QANUNSUZDUR!" Ağ Evin rəhbəri qəzəblənib.
Tramp vurğulayıb ki, ABŞ qanunları dövlət vəzifələrinə namizədlərə dəstək üçün pul ödəməyi qadağan edir, Harris isə bunu “kiçik auditoriyasını süni şəkildə artırmaq üçün çox bahalı və çıxılmaz üsuldan” istifadə edərək edib. O, həmçinin Harrisi dəstəkləyən məşhurları "qeyri-vətənpərvər sənətçilər" adlandıraraq, onları "sınmış Amerika sistemindən qazanc əldə etməyə çalışmaqda" günahlandırıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.