Meteohəssas insanlara XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Həftə sonu üçün maqnit qasırğası proqnozu qoyulub.
Maqnit qasırğalarının bu həftə sonu çox güclü olacağı gözlənilmir, lakin bəzi insanların özlərini pis hiss etmələrinə səbəb ola bilər.
Ajans.az xarici mediaya istinadən bildirir ki, alimlər geomaqnit aktivliyində qarşıdan gələn artımlarla bağlı təzə məlumatlar dərc edib və onların sağlamlığa təsirini minimuma endirmək yollarını izah ediblər.
17 may, şənbə – Kr-4 səviyyəsinə qədər bir qədər yüksəliş gözlənilir ki, bu da mülayim maqnit qasırğasına uyğundur. Meteohəssas insanların qan təzyiqinin yüksəlməsi və ümumi vəziyyətinin pisləşməsi mümkündür.
18 may, bazar günü – geomaqnit fon Kr-4 səviyyəsində qalacaq. Bəzi bölgələrdə qısamüddətli geoqasırğalar ola bilər. Xroniki xəstəlikləri olan insanlar vəziyyətlərinə diqqətli olmalıdırlar.
Mövzular: