Reklam resmi
Reklam resmi

Hakan Fidandan açıqlama: Biz sülh üçün çalışacayıq

Hakan Fidandan açıqlama: Biz sülh üçün çalışacayıq
Dünya

Biz Rusiya-Ukrayna arasında qalıcı sülh üçün hər cür səy göstərməyə davam edəcəyik.

Bu gün dünya sülhü üçün mühüm bir gün idi.

Ajans.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının nəticələrini şərh edərək bildirib.

O qeyd edib ki, gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib:

“Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfər əsirin mübadiləsi barədə razılığa gəliblər. Onlar həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında qalıcı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”. 

author picture
Ajansaz Muxbiri
Mövzular:
Ukrayna Türkiyə Rusiya sülh danışıqlar

Digər Xəbərlər