Reklam resmi
Reklam resmi

Polislə atışma: Yaralı var

Polislə atışma: Yaralı var
Dünya
1906

Almaniyanın Kiel şəhərində bir nəfər iki bıçaqla polisə hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, saat 23:40-da Bebelplatzda şübhəli bir şəxsə görə polis çağırılıb. Hadisə yerinə gələn polis naməlum şəxslə əlaqə saxlamağa başlayanda o, iki bıçaqla onlara hücum edib.

Bildirilir ki, kişi polisin sözlərinə cavab vermədiyi üçün atəş açıblar. Polisə hücum edən şəxs hər iki ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

author picture
Ajansaz Muxbir
Mövzular:
Polis Almaniya Atışma

Digər Xəbərlər