Qonşu ölkədə zəlzələ oldu
Bu gün səhər saatlarında İranın paytaxtı Tehran yaxınlığındakı Səfadəşt şəhərində 3,3 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, İranın Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.
Coğrafi koordinatlar 50,86 dərəcə uzunluq və 35,72 dərəcə enlikdir.
Hazırda mümkün tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mövzular: