Reklam resmi
Reklam resmi

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Cəmiyyət
423

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.

Bu barədə Ajans.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.

L.Quliyeva 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir.

Mövzular:
Dövlət Akademik Filarmoniyası direktor təyin

Digər Xəbərlər