Reklam resmi
Reklam resmi

Tramp daha bir vergini artırır

Tramp daha bir vergini artırır
Dünya

Mayın 7-də ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona ildə ən azı 2,5 milyon dollar qazananlar və ya illik gəliri ən azı 5 milyon dollar olan ailə cütlükləri üçün ən yüksək vergi dərəcəsinin 37 faizdən 39,6 faizədək qaldırılmasını təklif edib.

Ajans.az xəbər verir ki, bu barədə "Bloomberg" və "The New York Times" agentlikləri mənbələrə istinadən bildiriblər.

Məlumata əsasən, D.Tramp həmçinin vençur kapitalı və özəl kapital fondu menecerlərinə şamil edilən daşınan faiz üzrə vergi güzəştlərini aradan qaldırmaq istəyini təsdiqləyib.

Bildirilib ki, Nümayəndələr Palatasının Vergi Komitəsinin sədri Ceyson Smitin mayın 9-da Trampla görüşü və ona vergi ilə bağlı qanun layihəsinin prezidentin prioritetlərinə cavab verəcəyini deməsi gözlənilir.

Mövzular:
Tramp vergi artım

Digər Xəbərlər