Reklam resmi
Reklam resmi

Hepatit xəstələri icbari tibbi sığortadan YARARLANA BİLİRMİ?

Hepatit xəstələri icbari tibbi sığortadan YARARLANA BİLİRMİ?
Cəmiyyət

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində virus hepatiti xəstələrinin stasionar və ambulator müalicəsi həyata keçirilir.

Qurumdan Ajans.az-a verilən məlumata görə, vətəndaşlar İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 3315 adda tibbi xidmətdən ödənişsiz şəkildə faydalana bilərlər:

“Bu xidmətlərə hepatit xəstələrinin instrumental və laborator müayinələri, eləcə də müvafiq göstəriş olduğu təqdirdə stasionar müalicələri daxildir. Hepatit B və C virusuna yoluxmuş pasiyentlərin virusəleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə xüsusi Komissiya fəaliyyət göstərir. Vətəndaşlar ilkin olaraq tibb müəssisələrinə müraciət etməli, laborator və instrumental müayinələrdən keçməlidirlər. Daha sonra onların sənədləri elektron şəkildə Komissiyaya təqdim olunur. Müalicəyə göstəriş olan xəstələr Komissiya tərəfindən siyahıya alınaraq növbəli şəkildə dərman təminatına cəlb edilirlər.

Dərmanlara əlçatanlığın artırılması məqsədilə regionlarda da müvafiq addımlar atılır. Belə ki, 31 yanvar 2024-cü il tarixində “B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Gəncə Regional Komissiyası” yaradılıb və hazırda fəaliyyət göstərir. Bundan əlavə, 9 aprel 2025-ci il tarixində TƏBİB-in İcraçı direktorunun əmri ilə “Lənkəran Regional Komissiyası” təsis edilib və yaxın zamanda fəaliyyətə başlayacaq”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans muxbir
Mövzular:
TƏBİB HEBATİT İCBARİ TİBBİ SIĞORTA

Digər Xəbərlər