Tanınmış yazıçı VƏFAT ETDİ
Yazıçı və ədəbiyyatşünas Ancelo Rinaldi 84 yaşında Parisdə vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
“Fransa Akademiyasının daimi katibi və üzvləri həmkarları Ancelo Rinaldinin mayın 7-də çərşənbə günü Parisdə baş vermiş vəfatını təəssüflə elan edirlər”, - Akademiyanın bəyanatında deyilir.
Rinaldi 31 yaşında ikinci romanı "Atlantislilərin evi" nəşr olunanda ədəbi şöhrət qazanıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: