Bu marşrut üzrə əlavə reyslər TƏYİN EDİLDİ
Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 9 və 11 may tarixlərində əlavə qatar reysləri təyin edilib.
Ajans.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
