İsrail Avropadan KÖMƏK İSTƏDİ
İsrail hökuməti Qüds yaxınlığındakı iri meşə yanğınlarının söndürülməsi üçün bir sıra Avropa ölkələrindən kömək istəyib.
Ajans.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
“İsrail yanğınların söndürülməsi üçün beynəlxalq yardım üçün təcili sorğu göndərib. Sorğu ən azı beş ölkəyə, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya, Bolqarıstan və İtaliyaya göndərilib”, - bəyanatda deyilir.
Portal onu da bildirir ki, meşə yanğınlarının söndürülməsinə 10 təyyarə və 119 yanğınsöndürmə briqadası cəlb olunsa da, bu qüvvələr təbii fəlakətin öhdəsindən gəlməyə kifayət etmir. Qeyd olunur ki, İsraildə həddindən artıq istilər zamanı Qüds dağlarında yenidən meşə yanğınları başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: