Reklam resmi
Reklam resmi

Mərhum anasının lotereya bileti onu varlı ETDİ - İLGİNC HADİSƏ

Mərhum anasının lotereya bileti onu varlı ETDİ - İLGİNC HADİSƏ
Dünya

Şotlandiyada 34 yaşlı kişi mərhum anasının əşyalarını gözdən keçirərkən onlardan lotereya bileti tapıb və 18 min funt sterlinq udub.

Ajans.az xəbər verir ki, bu barədə “Aberdeen Live” yazır.

Lim Karter Ennin 67 yaşlı anasını dəfn edib və bir neçə gün sonra mətbəx şkafında zərf tapıb. Üzərində “Unutma” yazısı yapışdırılmışdı və içərisində lotereya bileti vardı. Kişinin dediyinə görə, əvvəlcə bileti yoxlamaq istəməsə də, sonra nə isə onu fikrindən daşındırıb.

Karter anasının hər həftə lotereya oynadığını, lakin heç vaxt uğur qazanmadığını söyləyib. Həmişə deyirdi ki, qalib gəlsə, pul mükafatını oğluna verəcək. “Bu, onun son hədiyyəsidir”, - deyə, Karter bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Şotlandiya Ölüm Ana Lotoreya bileti

Digər Xəbərlər