Reklam resmi
Reklam resmi

Ukrayna NATO-dan ÇIXSIN! - ABŞ KİV

Ukrayna NATO-dan ÇIXSIN! - ABŞ KİV
Dünya

ABŞ-nin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planına onun NATO-ya üzv olmaqdan imtinası daxildir.

Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məqalə yayımlayıb.

Sənədin mətnində deyilir:

“Ukrayna NATO-ya üzv olmağa çalışmayacaq”.

Bununla belə, agentliyin dərc etdiyi sənədə əsasən, Ukrayna məsələsi sülh yolu ilə həll edildikdən sonra Avropa İttifaqına (Aİ) qoşulmaq üzərində işləyə biləcək. Bu təklifə cavab olaraq Kiyev və Aİ ölkələri ABŞ-dən NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təhlükəsizlik zəmanəti verməsini tələb ediblər.

Aprelin 22-də beynəlxalq əlaqələr üzrə professor Endryu Latham bildirib ki, Qərb Ukraynanı aldadır və çox güman ki, heç vaxt NATO-ya daxil olmayacaq. Latham əsas maneə kimi NATO-nun qaydasını göstərir ki, həll edilməmiş ərazi mübahisələri və ya xarici qoşunların mövcudluğu olan heç bir ölkə alyansa qəbul edilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ Ukrayna Kiyev Rusiya Nato Münaqişə

Digər Xəbərlər