Məşhur türk 105 yaşında öldü - Ölkə rəhbərlərini sağaltmışdı
Alternativ müalicə üsulları ilə tanınan və uzun illərdir Adanada iflic və yatağa bağlı xəstələrə göstərdiyi qeyri-adi sağaltma texnikaları ilə diqqət çəkən Kazım Gürbüz – tanınmış adı ilə "Yogi Kazım" 105 yaşında dünyasını dəyişib.
Ajans.az bildirir ki, Kazım Gürbüzün vəfat xəbərini oğlu Zeki Ruşen Gürbüz sosial media hesabından paylaşıb.
Qeyri-adi həyat tərzi və enerjisi ilə tanınan Gürbüz, iflic, MS xəstəliyi, onurğa beyni və əzələ problemləri kimi ağır xəstəliklər üçün öz metodları ilə saysız insanlara şəfa verdiyini iddia edirdi.
O, 1968-ci ildə Səudiyyə Ərəbistanı Kralı İbn-i Səud, 1984-cü ildə isə Fil Dişi Sahilinin keçmiş prezidenti Feliks Houphouet də daxil olmaqla, bir çox tanınmış şəxsə müalicə imkanları təqdim etdiyini bildirmişdi.